"Aqrolizinq" ASC-nin 16 fevralda elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
Dövrü mətbuata istinadən verilən xəbərə görə, bu barədə Tender Komissiyası məlumat yayıb.
Belə ki, qeyd edilən tarixdə keçirilmiş açıq tenderdə lot-1 üzrə "Longmar Networks", lot-2 üzrə "Novero İnvest" şirkəti qalib elan olunub.
Qeyd edək ki, tenderdə lot-1 üzrə 2 000 baş "Holştin-friz" cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş "Simmental" cinsli damazlıq heyvanların alınması nəzərdə tutulur.
report.az