“Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-a istinadən xəbər verilir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
report.az