Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib
4.4.2017

Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib.

Baş İdarədən bildirilib ki, festivalda Gürcüstandan olan “Barakoni” və Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən “Lalələr” rəqs ansamblları çıxış ediblər.

Gürcüstanın “Barakoni” rəqs ansamblının bədii rəhbərləri Zorab Parçanadze və Kvansa Melitauri , Mərdəkanın “Lalələr” rəqs ansamblının bədii rəhbəri isə Dilbər Abdullayevadır.

Festival zamanı Azərbaycanın “Qaval rəqsi”, “Sarı gəlin”, Gürcüstanın “Lazuri”, “Moxivuri”, “Abxazuri” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

azertag.az