Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutu (TTTİ) tərəfindən “Elm və texnika tarixinə verdiyi töhfəyə görə” fəxri döş nişanı və diplomla təltif olunub.
AMEA-dan bildiriblər ki, azərbaycanlı alim TTTİ-nin direktoru D.Şerbinin ilə görüşdə mövcud əlaqələr və perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə edib.
M.Seyidbəyli, həmçinin TTTİ-nin yaradılmasının 85-ci ildönümünə həsr olunan “XXIII illik beynəlxalq elmi konfrans”da iştirak edib. Tədbirdə M.Seyidbəyli “Tarixi retrospektivdə sovet alimlərinin Azərbaycan elminə töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. O, XX əsr Azərbaycan elminin inkişafında mühüm rol oynamış rusiyalı alim və tədqiqatçılar barədə tarixi faktları diqqətə çatdırıb.
azertag.az