Aprelin 4-ü bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, Beynəlxalq İnternet Günü 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə, internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də Dünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər. O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. S.İsidor 636-cı ilin bu günü dünyasını dəyişib. Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılmış və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir. Hələlik internet bayramının dəqiq tarixi haqqında razılıq əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü, bir qayda olaraq, milli domen zonasının açılışı günündə qeyd edir. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab edilir.
azertag.az