Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Diplomatik münasibətlərin 25 illiyi: Rusiya - Azərbaycan” adlı fotosərgi açılıb.
Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev və “Rossotrudnuçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış ediblər.
Sərgidə 25 il ərzində Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm hadisələri əks etdirən fotoşəkillər və fotosənədlər yer alıb.
azertag.az