Azərbaycanda istehsal olunan pomidorun 25 faizi Rusiyaya ixrac edilib
6.4.2017

Azərbaycanda ötən il ərzində istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya ixrac edilib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiyaya keçirilməsi məsələləri ilə bağlı danışıqlarda deyib.

S.Babyev qeyd edib ki, ötən il Azərbaycanda 517 min tondan çox pomidor istehsal olunub:

"Bunun 100 min tondan çoxu Rusiyaya ixrac olunub. Yəni istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya tədarük edilib".

trend.az