Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Suraxanı rayon MKS-nin 3 saylı filialı Əməkdar İncəsənət Xadimi, şair, dramaturq Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə “Xatırlayarsan məni” adlı tədbir keçirib.
Baş İdarədən bildirilib ki, əvvəlcə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Sonra məktəblilərin ifasında M.Seyidzadənin şeirlərinə bəstələnmiş mahnılar, səhnələşdirilən təmsillər, kiçik hekayələr təqdim edilib.
Tədbirdə Səyyarə Əliyeva Mirmehdi Seyidzadənin yaradıcılığında uşaqları maarifləndirən əsərlərin - şeir və poemaların, pyeslərin böyük əhəmiyyətindən söhbət açıb.
Tədbirdə S.Əliyevanın rəhbərlik etdiyi “Qaytağı” rəqs qrupunun “Cırtdan” kukla teatrının ifasında ədibin “Qorxmaz” pyesi uşaqlar tərəfindən maraqla qarşılanıb.
azertag.az