“Seyid Əzim Şirvani” ədəbi musiqili poeziya məclisi keçirilib.
Məclisin yaradıcısı və rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Mətanət Ulu Şirvanlıdır.
Poeziya məclisində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Alxan Məmmədov, institutun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Hicran Məmmədov və Xədicə İsgəndərli, şair, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Oqtay Rza, filologiya üzrə elmlər doktorları Tahir Şirvanlı, Tariyel Abbasli, Seyfəddin Qəniyev, qəzəlxan Ağakərim Nəfis və bir sıra tanınmış şair və yazıçılar iştirak ediblər.
Şirvan ədəbi irsinin qorunub saxlanması, ədəbi-bədii irsin gənc nəslə ötürülməsi, şairin əsərlərinin təbliği məqsədilə təşkil olunan tədbir böyük maraqla qarşılanıb.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib və qəzəlləri muğam üstə ifa olunub.
azertag.az