Ukraynanın Poltava şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.
Ukrayna Karikaturaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində təşkil olunmuş sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunub.
Qeyd edək ki, bu ilin sonunadək B.Hacızadənin Moskva, Barselona, Təbriz, Sofiya və Ankarada da fərdi sərgiləri açılacaq.
azertag.az