“Azərenerji” tender elan edib
10.4.2017

“Azərenerji” ASC “Sənaye Qovşağı” yarımstansiyasının yenidən qurulması, “Sulfanol” yarımstansiyasında yeni 110 kV-luq avtomatik-paylayıcı qurğunun quraşdırılması və “Sənaye Qovşağı” yarımstansiyasından “Sulfanol” yarımstansiyasına yeni elektrik verilişi xətlərinin çəkilməsi üçün tender elan edib.
Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir.
İddiaçı tender təklifi qiymətinin 5%-i həcmində bank zəmanəti təqdim etməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank zəmanəti istisna olmaqla digər sənədləri 11 may 2017-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 12 may 2017-ci il saat 17:00-dək “Azərenerji”yə təqdim etməlidirlər.
Təklif zərfləri 19 may 2017-ci il saat 15:00-da açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

report.az