Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da Azərbaycan dilindən fərqli dildə imtahan verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradıb.
Mərkəzdən verilən məlumata görə, abituriyentlər Apelyasiya Komissiyasına aprel 13-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Mərkəzdən o da əlavə edilib ki, qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə, onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.
trend