Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan qardaş Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini də xüsusi vurğulayıb.
İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Şopinq Festivalı istiqamətində görülən işləri yüksək qiymətləndirib və ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, nümayəndə heyəti Bakının görməli yerlərini ziyarət edib, milli mətbəxin təamlarını dadıb və eləcə də Bakı Şopinq Festivalının açılış mərasimində iştirak ediblər.
azertag.az