Bakıda “Naməlum Puşkin”
12.4.2017

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) bu qurumun Uşaq Yaradıcılıq Mərkəzinin teatr və rəqs studiyalarının növbəti açıq dərsi keçirilib. Budəfəki tədbirin mövzusu “Naməlum Puşkin” olub.

Uşaqlar öz müəllimləri – S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları – Xalq Artisti Aleksandra Nikuşina və Teymur Rəhimovun rəhbərliyi ilə Aleksandr Puşkinin (1799-1837) geniş ictimaiyyətə az məlum olan əsərlərindən ibarət ədəbi kompozisiyalar, həmçinin şairin yaşadığı dövrün bal rəqslərini təqdim ediblər.

azertag.az