Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan “Məlikməmmədin nağılı” yeni fərqli yozumla və tərtibatla səhnəyə qayıdır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu gündən teatrda tamaşanın məşqlərinə başlanılıb. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Yeni səhnə əsərində obrazları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev və başqaları canlandıracaq.
Tamaşanın premyerası may ayının ortalarına planlaşdırılır.
azertag.az