Bakıda aprelin 25-də Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi keçiriləcək.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Danışıqlarda iştirak etmək üçün Şərq tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin Azərbaycana gələcək.
report.az