Azərbaycan əhalisinin 87 faizi internet istifadəçisidir ki, bunun da 72 faizi genişzolaqlı internetin payına düşür. Ölkəmizdə əhalinin 100 faizi mobil telefondan istifadə edir.
Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə aprelin 12-də Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy Forum-2017"də deyib.
“Azərbaycanda xüsusi işçi qrupu yaradılacaq. Kiçik və orta sahibkarlar İKT imkanlarından istifadə edərək öz fəaliyyətlərini daha da genişləndirməlidirlər",- deyə nazir müavini qeyd edib.
azertag.az