Bu ilin üç ayı ərzində Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin həcmi 73 faiz artıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy” Forumunda çıxışı zamanı ilin birinci rübündə Azərbaycanda meyvə-tərəvəzin ixracının ötən ilin müvafiq dövrünə nisbətən 73 faiz artdığını, idxalın isə 17 faiz azaldığını bildirib.
A.Əliyev qeyd edib ki, artıq sərhəd-keçid məntəqələrində və hava limanlarında “Tax free” sisteminin tətbiqinə başlanılıb. Ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini tətbiq edib pullarını geri ala bilirlər.
Komitə sədrinin sözlərinə görə, ötən il Azərbaycan gömrük orqanlarından cəmi bir şikayət daxil olub. Bu da həyata keçirilən islahatların müsbət nəticəsini göstərir.
azertag.az