Bakı Metropoliteni iki yeni tender keçirir
12.4.2017

"Bakı Metropoliteni" QSC müxtəlif növ qaynaq çubuqlarının alınması üzrə açıq tender elan edib. Dövrü mətbuata istinadən verilən xəbərə görə, tender bir lot üzrə keçirilir.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 1 iyun saat 18:00-a kimi Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 2 iyun saat 15:00-da həmin ünvanda açılacaq.
Bundan başqa, "Bakı Metropoliteni" QSC "B-2" və "B-3" stansiyaları arasında 2 saylı ventilyasiya tunelinin torpaq bərkitmə işlərinin alınması üzrə də açıq tender elan edib.
Bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 15 may saat 18:00-a kimi Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 may saat 15:00-da göstərilən ünvanda açılacaq.

report.az