Azərbaycanda yeni dərslik yaradılır
12.4.2017

"Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq, Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışırıq".

Bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

K.Abdullayev bildirib ki, dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur:

"Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri, məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər".

trend