Xaçmazda mədəni irsimizin mühafizəsinə həsr olunmuş treninq-seminar keçiriləcək
13.4.2017

Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur.

Mərkəzdən bildirilib ki, bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar təşkil olunacaq.

Seminar çərçivəsində sözügedən mövzuda fotosərginin təşkili də nəzərə tutulur.

Treninq-seminarların təşkili, həm də mərkəzin fəaliyyəti və yenidən bərpa işləri ilə ziyarətçiləri tanış etmək məqsədi daşıyır.

Tədbirə Xaçmaz, Şabran, Quba və Qusar rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub.

azertag.az