Bakıda ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə müxtəlif yaş kateqoriyasına mənsub rəssamların qatıla biləcəyi “Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinin son qeydiyyat tarixi aprelin 20-dək uzadılıb.
Uu öndər Heydər Əliyevin doğum günü münasibətilə gerçəkləşən rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssamın rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etməklə ölkəmizin turizm imkanlarını təqdim etməkdən ibarətdir. Müsabiqə iştirakçıları öz işlərini əsasən kağız üzərində fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, yağlı boya, neft ) ilə işləməli, ölçüsü 30x40sm dən böyük olmayan sənət əsərləri təqdim etməlidirlər.
Müsabiqənin yekun sərgisi mayın 12-də Bakı Xətai Sənət Mərkəzində açılacaq.
azertag.az