Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Fariz Əmirov Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) və Çexiyanın Liberek Texniki Universitetində (LTU) olub.
AzTU-dan bildiriblər ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində həyata keçirilən səfər zamanı F.Əmirov BTU-nun maşınqayırma istiqaməti üzrə rəhbəri S.Simon, LTU-nun maşınqayırma fakültəsinin dekanı, professor P.Lenfeld və beynəlxalq əlaqələr üzrə dekan müavini, professor K.Frana ilə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.
Müzakirələr zamanı LTU ilə “Erasmus+” proqramı, həmçinin enerji təminatı və enerji effektivliyi beynəlxalq şəbəkəsi (NESEFF) çərçivəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
F.Əmirov və AzTU-nun maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov bu ilin oktyabrında LTU-da keçiriləcək beynəlxalq konfransa dəvət olunublar.
azertag.az