Azərbaycanda sulu qəlyanın da istifadəsinin qadağan edilməsi də təklif edilir.
Bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
Q.Paşayeva bildirib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir:
“Ona görə də sulu qalyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilməlidir”.
Digər millət vəkilləri də sulu qəlyanın istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyiblər.
trend