Aprelin 14–də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi açılacaq.
Muzeydən bildirilib ki, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunacaq. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.
Sərgi mayın 2-dək davam edəcək.
azertag.az