Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “İpək Yolu” Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı təqdim ediblər.
İdarədən bildirilib ki, məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı maraqla qarşılanıb.
Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Uşaq Musiqi və İncəsənət məktəblərinin direktorları, musiqisevərlər və media nümayəndələri iştirak ediblər.
Sonda məktəbin direktoru, Əməkdar Müəllim Yusif Vəliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, şagirdləri və müəllim heyətini ürəkdən təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.
azertag.az