“Bənzəmə” adlı rəngkarlıq sərgisi açılacaq
18.4.2017

Mayın 5-də Müasir İncəsənət Muzeyində Azərbaycan Fotoqrafları Birliyinin üzvü, həvəskar fotoqraf və peşəkar rəssam Vüqar Muradovun “Bənzəmə” adlı fərdi rəngkarlıq sərgisi açılacaq.

Mayın 21-dək davam edəcək sərgidə rəssamın 16 rəngkarlıq əsəri nümayış olunacaq.

Azərbaycan xalçaçılıq sənəti ən qədim və fundamental sənət ənənəsi olmaqla bərabər, həm də özünün əsrlərboyu formalaşmış qaydalar strukturunda dəyişilməyə meyilli olmayan konservativ bir ənənəni təşkil edir. Vüqar Muradov bu həssas mövzunun işlənməsində ən uyğun yolu tapa bilib. O, təsvirə heykəltəraşlıq prizmasından yanaşır. V.Muradovun “xalça” silsiləsində gözlənilməz, bəlkə də, müəllifin özünün dərk etmədiyi təsviri kompozisiyanın həllinin iki konseptual yanaşmasının – şərqi-islam və uzaq şərqi-buddist yanaşmalarının sintezi özünü büruzə verir.

azertag.az