Avropa İttifaqı (Aİ) 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.
Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
O deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edən layihələr olub.
M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik.
O əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb:
"Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir".
trend