“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti üçün “Davranış əsaslı mədəniyyət” mövzusunda təlim keçirilib.
Qurumdan verilən məlumata görə, məqsəd işçilərin qəza zamanı davranış səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Bildirilib ki, iş yerində təhlükəsizlik mühitinin qorunub-saxlanılması “Davranış əsaslı mədəniyyət”in əsas elementlərindən biridir. Bununla bağlı beynəlxalq tələblərə dənizçilər ciddi əməl etməlidirlər. Çünki, “Davranış əsaslı mədəniyyət”ə düzgün riayət olunması insan səhhətinə zərərin qarşısının alınmasında mühüm rol oynayır.
Dinləyicilər təlim zamanı qəzanın əsl səbəbini müəyyənləşdirmək üçün dəlillərin təhlili, qəza barədə məlumat verilməsi, onun araşdırılması və sonrakı prosedurlara, müvafiq təlimatlara riayət olunması prosesini dərindən öyrəniblər. Təlim iştirakçılarına uzun illər mövcud olan bir çox təhlükəsizlik qaydaları ilə yanaşı, yeni üsullar da ətraflı izah edilib.
Beynəlxalq təcrübəyə malik kapitan Titos Giannakakisin interaktiv formada keçirdiyi məşğələlər 2 gün davam edəcək.
Xatırladaq ki, Gəmiçilik əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında maraqlıdır. Bu növ təlimlər gələcəkdə də təşkil olunacaq.
trend