Azərbaycanda xarici turlar 6% bahalaşıb
20.4.2017

Mart ayında Azərbaycandan kənara istirahət turları 5,9% bahalaşıb, ölkədaxili turların qiymətləri isə sabit qalıb.
Rəsmi statistikaya əsasən, martda orta aylıq qiymət 512,16 manata yüksəlib. Bu göstərici yanvarda 500,01 manat, fevralda isə 490,49 manat səviyyəsində olub. Belə ki, ölkədən kənara istirahət turları yanvarda 0,1% bahalaşsa da, fevralda qiymətlərdə 2,5% azalma qeydə alınıb. Ölkədaxili istirahət turlarının orta aylıq qiyməti isə ilin əvvəlindən dəyişməz qalaraq 296,71 manat təşkil edib.
Bildirək ki, bu xidmətlər istehlak səbətinə daxil edilən 100 xidmət siyahısındadır.

report.az