Azərbaycanlı alimin kitabı BMT kitabxanasında
24.4.2017

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin dünyanın bir nömrəli problemi olan ərzaq təhlükəsizliyi ilə bağlı Almaniyada çap olunmuş "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki Mərkəzi Kitabxanası tərəfindən araşdırılıb. Kitabxananın ekspertləri tərəfindən kitaba müsbət rəy verilib.

Bu barədə kitabın müəllifi məlumat verib. Bununla bağlı kitabxana rəhbərliyi deputata məktub da yollayıb.

E.Quliyev qeyd edib ki, indi "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı BMT-nin Mərkəzi Kitabxanasında həm elektron, həm də kitab klassik kitab formasında yerləşdirilib. Maraqlanan oxucular kitabı həmin kitabxanadan əldə edə biləcəklər.

Eyni zamanda kitab yaxın zamanlarda həm Vyana, həm də Parisdə keçiriləcək beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.

Kitabın Avropada böyük təqdimatı da olacaq.

E.Quliyev bildirib ki, dünya səviyyəsində tanınnış alimlərin iştirakı ilə kitab yaxın aylarda ya "Berlində, ya da Cenevrədə təqdim olunacaq.

Kitaba böyük maraq var. Düşünürəm ki, bu maraq kitabda toxunulan mövzularla bağlıdır".

Qeyd edək ki, 1995-ci ildən bəri ilk dəfədir ki, azərbaycanlı alimin kitabına BMT-nin Mərkəzi Kitabxanasının ekspertləri tərəfindən müsbət rəy verilib və dünyanın belə bir mötəbər universitetində həmyerlimizin kitabı yer alıb.



Milli.Az