Rəssamlar İttifaqında tanınmış heykəltəraşın sərgisi açılıb
26.4.2017

Aprelin 25-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış heykəltəraş Kamal Vəliyevin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində çıxış edən Xalq rəssamları Ağali İbrahimov, Səlhab Məmmədov, Arif Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov və digərləri Kamal Vəliyevi həm sərgisi, həm də yubileyi münasibətilə təbrik ediblər. Heykəltəraşın böyük sənətkarlarla birgə işlədiyi diqqətə çatdırılaraq öz dəsti-xətti olduğu vurğulanıb. Bildirilib ki, onun müxtəlif mövzularda yaratdığı əsərləri həm klassik, həm müasir formalıdır.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bir həftə davam edəcək sərgidə heykəltəraşın 40-dək sənət əsəri nümayiş edilir.

azertag.az