ABŞ-ın "Mode Modern" dizayn studiyası "ağıllı yastıq" istehsal edib.
Yataq otağını işıqlandırmaq üçün lampa, zəngli saat və fitnes-trekerini özündə birləşdirən smart-yastıq "Sunrise Smart Pillow" adlanır.
Sözügedən qeyri-adi yastıq yuxuöncəsi mütaliə, səhər isə sahibini günəş çıxmasından xəbərdar etmək üçün ideal olan daxili işıq diodları ilə təchiz olunub. Bundan əlavə, "Sunrise Smart Pillow" sahibinə rahat yuxu təmin etmək üçün musiqi parçaları və audiokitabları səsləndirmək, eləcə də xüsusi pult vasitəsilə tənzimləndikdən sonra səhər yuxudan oyatmaqda yardımçı olacaq zəngli saat rolunu oynamaq qabiliyyətinə də malikdir.
"Smart Pillow" yastıqlarının daha bir maraqlı funksiyası hidroskop, akselerometr və mikrofon vasitəsilə yuxunun izlənməsi, bununla da istifadəçini məhz ətrafdakı hansı səsin oyatmasını müəyyən etməkdir. Sözügedən yastıq eyni zamanda hər gecənin yekununda yuxu keyfiyyətini müvafiq göstərici ilə qiymətləndirə də bilir.
İstehsalçının sözlərinə görə, bu yastıqlar paltaryuyan vasitəsilə asanlıqla təmizlənə bilər.
Qeyd edək ki, hər kəsin "Sunrise Smart Pillow" barəsində daha ətraflı məlumat alması üçün şirkət tərəfindən təqdimat videoçarxı da hazırlanıb.
video
lent.az