Yazıçı Nəriman Əbdülrəhmanlı haqqında yeni monoqrafiya işıq üzü görüb
27.4.2017

Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı haqqında yeni monoqrafiya işıq üzü görüb. “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı nəşrin müəllifi gənc ədəbiyyatşünas Yeqzar Cəfərlidir.

Kitabda Azərbaycan ədəbiyyatının 80-ci illər nəslinə mənsub olan yazıçının bədii yaradıcılığı – hekayə, povest və romanları araşdırılıb. Müəllif yazıçının əsərlərinin mövzu, üslub, dil, obrazlar sistemi və başqa xüsusiyyətlərini təhlil edib, onun portretinin maraqlı cizgilərini aşkara çıxarıb.

Kitabın redaktoru professor Bədirxan Əhmədli, elmi redaktoru isə dosent Emin Ağayevdir.

azertag.az