"Flydubai" aviaşirkəti mövsümlə əlaqədar birbaşa uçuşlar şəbəkəsini genişləndirir. Aviaşirkət Dubaydan yay uçuşları qrafikinə Gürcüstanın Batumi, Azərbaycanın Qəbələ və Monteneqronun Tivat şəhərini də əlavə edib.
Belə ki, Dubay-Qəbələ aviareysləri iyunun 22-dən sentyabrın 17-dək, həftədə 2 dəfə (IV və VI günlər) yerinə yetiriləcək.
Qeyd edək ki, "Flydubai" BƏƏ, Yaxın Şərq, Avropa, Hindistan, Şimali Afrika regionu da daxil olmaqla, 44 ölkə və 93 istiqamət üzrə uçuşlar yerinə yetirir.
report.az