Azərbaycan Ukrayna mallarının tranzitlə - Xəzər dənizi vasitəsi ilə İrana göndərməyə razılıq verib. Xarici KİV-lərə istinadən verilən xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi tərəfindən məlumat verilib.
Məlumata görə, bu məsələ Bakıda keçirilən Trans-Xəzər Nəqliyyat və Logistika Sərgisi zamanı müzakirə edilib. Ukrayna nazirliklərini, dəmiryol idarəsini və dəniz limanını təmsil edən işçi qrupu Azərbaycan tərəfi ilə Avropa-Qafqaz-Asiya marşrutu ilə bağlı ilk razılaşma əldə edib.
Ukrayna nümayəndə heyəti həmçinin Ələt limanında olub.
“Azərbaycan tərəfi Kurık (Qazaxıstan) limanına bərə xəttinin açıldığını və fider gəmiləri (yüklərin hissə-hissə daşınması) ilə Əmirabad və Ənzəliyə (İran) yüklərin daşındığını deyib. Yeni İpək Yolu marşrutu ilə Çinlə, Şimal-Cənub dəhlizi vasitəsi ilə isə İranla karqo ticarəti genişlənir”, - deyə Nazirliyin açıqlamasında deyilir.
report.az