Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı 247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqə sektorundan verilən məlumata görə, bu barədə qurumdan IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı keçirilən müşavirədə bildirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb.
Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən 247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə təlimlərə cəlb edilib.
trend