Güləş üzrə Avropa çempionatının ilk günündə 4 çəkidə qaliblər müəyyənləşir
2.5.2017

Bu gün Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.

Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparır.

İlk yarış günündə 57, 86 kiloqram çəkidə sərbəst, 48 və 63 kiloqram çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparırlar.

Bu çəkilərdə ölkəmizi sərbəst güləşdə Giorgi Edişeraşvili (57 kq), Aleksandr Qostiyev (86 kq), qadın güləşində isə Mariya Stadnik (48 kq) və Elmira Qəmbərova (63 kq) təmsil edirlər.

azertag.az