"Bank Respublika" ASC 25 illik yubileyinə həsr olunmuş daha bir kampaniyaya start verib.
Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində may ayında anadan olanlar "MasterCard Standard" və yaxud "Visa Classic" kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.
Kampaniyadan faydalanmaq üçün sadəcə banka şəxsiyyət vəsiqəsini təqdim etmək və kartı sifariş etmək lazımdır. Vaxta qənaət etmək üçün kartı onlayn rejimdə bankın internet səhifəsindən (www.bankrespublika.az) də sifariş etmək mümkündür. Bundan əlavə, bank həmin müştəriyə "Mobil" və "İnternet Şöbə" xidmətlərini hədiyyə edir, üstəlik mövcud müştərilərə öz kartlarının səviyyəsini tamamilə pulsuz və ilkin ödənişsiz bir pillə artırmaq imkanı verir.
"Bank Respublika"nın bu kampaniyasında "MasterCard World Elite" və "Visa Infinite" kartları istisna olmaqla bütün digər kart növləri iştirak edir. Kampaniyanın şərtlərinə uyğun olaraq, hər bir müştəri mövcud kartını yeniləyə və yaxud yenisini ala bilər.
Xatırladaq ki, Bank Respublika 22 May 1992-ci il tarixindən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib. Bank bu il yubileyini qeyd edir və bu münasibətlə müştəriləri il boyu bir çox sürprizlərlə sevindirəcək.
report.az