IV Islam Həmrəyliyi Oyunlarına hazırlıqlar davam edir
5.5.2017

Mayın 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV Islam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı bir halı operativ həll etmək məqsədilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV Islam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib. Oyunlar zamanı istər idmançılar və ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin göstərilməsi üçün zəruri şərait yaradılıb.

azertag.az