Azərbaycanın mobil rabitə operatorları Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar xarici vətəndaşlar üçün SIM-kart satışlarını sadələşdirib.
Bunu ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, sadələşdirilmiş üsul turist və iştirakçılara mobil nömrələri bir ay ərzində rəsmiləşdirmə zərurəti olmadan almağa imkan verəcək: “Bu yenilik iyunun 1-dək davam edəcək, ondan sonra nömrə sahibləri mobil rabitə xidmətlərinin təchizatçısı ilə müqavilə bağlamalıdır”.
Xarici vətəndaşlar SIM-kartı şəxsiyyəti təsdiq edən dörd sənəddən birini – miqrasiya kartı, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya müvəqqəti qeydiyyat haqqında sənədi təqdim etməklə ala bilər.
trend.az