Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yeni salınan prospektlərdən birinə Azərbaycan adı veriləcək. Bu prospektin ərazisində yerləşən ən böyük park isə ümummilli lider Heydər Əliyevin adını daşıyacaq.
Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğundan verilən məlumata görə, bu münasibətlə mayın 10-da Ərzurum Nəcip Fazıl Kısakürək Mədəniyyət Sarayında geniş toplantı keçiriləcək. Toplantı çərçivəsində ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına həsr olunan panel iclası təşkil ediləcək.
Sonra Heydər Əliyev Parkının və Azərbaycan prospektinin rəsmi açılışı olacaq.
azertag.az