Bu gün "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi gecə saat 02:00-dək fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, buna səbəb Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etməkdir.
"Artıq bununla bağlı "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib", - deyə məlumatda qeyd edilib.
Bundan başqa, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bakı Atıcılıq Mərkəzinə qədər uzadılıb.
"Məqsəd IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar burada keçiriləcək yarışlarda iştirak edəcək tamaşaçıların, könüllülərin və işçı qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişini təmin etməkdir", - deyə BNA-dan əlavə edilib.
report.az