“İntizar” operası yenidən səhnədə
11.5.2017

Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin “İntizar” operası növbəti dəfə nümayiş olunacaq.

Teatrdan bildirilib ki, bəstəkarın yubileyi çərçivəsində təqdim ediləcək operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.

Səhnə əsərində rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Əkrəm Poladov, İnarə Babayeva, Fərid Əliyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və aparıcı solist Tural Ağasıyev canlandıracaq.

Tamaşanı Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

azertag.az