Bakıda “Baku International Policy and Security Network” Ekspert Şurası ilə Rusiyanın Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalanıb.
Sazişi Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin və “Baku International Policy and Security Network”un direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov imzalayıblar.
Tədbir görkəmli rus alim-türkoloqu, qədim türklərin tarixi, onların müasir rus xalqının etnogenezinə təsiri barədə çoxsaylı elmi işlərin müəllifi Lev Qumilyovun 105 illiyi münasibətilə keçirilib.
Eyni zamanda, “Baku Network” platformasında Lev Qumilyovun yaradıcılıq irsinə və onun Rusiya ilə Azərbaycana əhəmiyyətinə həsr olunmuş ekspert müzakirəsi də keçirilib.
trend