Astanada Qazaxıstan Milli Muzeyində "Azərbaycan - İslam dünyasının incisi" sərgisi açılıb. Burada 50-dən çox fotoqrafın əl işləri nümayiş olunur.
Müəlliflər əsasən ölkənin mənəvi inkişafını əks etdirən tarixi-mədəni və memarlıq qurğularını təqdim edib.
Fotosərgi İslam həmrəyliyi ili çərçivəsində keçirilir.
"2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan olunub. Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir. Orada dünyanın bütün müsəlman ölkələri iştirak edir. Bu il Azərbaycanda dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi və gücləndirilməsinə yönəlmiş bir neçə forum keçiriləcək", - deyə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib.
Səfir, həmçinin Qazaxıstan Milli Muzeyində Azərbaycan guşəsi açılacağını açıqlayıb. Burada ziyarətçilər xalqın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış ola biləcəklər.
report.az