Bu il kənd təsərrüfatı sektorunun qarşısında dayanan əsas məqsəd toxum istehsalının inkişafıdır.
Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, bunun üçün artıq lazımi işlər aparılır.
Nazir bildirib: "Tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssisələrin tikintisi artıq başlayıb. Fikrimcə, ilin sonunadək bu müəssisələr istifadəyə veriləcək. Gələcəkdə isə toxum istehsalı və emalı zavodlarının tikilməsi planlaşdırılır".
trend.az