Yunus Əmrə, 700 il əvvəldən günümüzə qədər uzanan bir dil körpüsü, insandan insana uzadılmış sevgi, qardaşlıq və dözümlülük əlidir.
Aradan keçən bu qədər zamana baxmayaraq, bu gün də bəşəriyyətə söyləyəcək sözü olan bir dil və könül ustasıdır. Bu səbəbdən onun həyatı, şəxsiyyəti, düşüncələri, sufiliyə gətirdiyi dərinlik və dünyəvi insan sevgisinin doğru bir şəkildə bilinməsi son dərəcə əhəmiyyətlidir.
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılı ilə 25 may 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında "Aşka Yolculuk" adlı teatr nümayişi keçiriləcək. Tamaşaya Türkiyənin dövlət qurumları təmsilçiləri, millət vəkilləri, protokol üzvləri, aktyorlar, alimlər və bir çox sənətseverlər təşrif edəcək.
trend.az