Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələləri aparılmasına başlayıb. Rayon icra hakimiyyətindən bildiriblər ki, mərkəzin mütəxəssisləri rayondakı 46 nömrəli tam orta məktəbdə 64 nəfər buraxılış sinfi şagirdinin iştirakı ilə məşğələ keçirilib.
Məşğələdə mərkəzin direktoru Emin Mahmudov, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Müşviq Kərimli, məktəbin direktoru Sevinc Budaqova və başqaları şagirdlərə əmək bazarındakı vəziyyət, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumatlar veriblər. Şagirdlərə peşəyönümü barədə əyani vəsaitlər paylanılıb.
Rayonun digər orta məktəblərində də həmin mövzuda tədbirlər keçiriləcək.
azertag.az