55-ci WBC Konvensiyası Bakıda keçiriləcək
23.5.2017

Ümümdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası oktyabr 1-dən 6-dək Bakıda keçiriləcək.
Bu barədə WBC-nin rəsmi saytında məlumat verilib.
WBC-nin məlumatına görə, təşkilat prosesində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov mühüm rol oynayıb.
Qazaxıstan KİV-inin məlumatına görə, Konvensiyanın əvvəlcə Astanada, "EKSPO-2017" sərgisi çərçivəsində keçiriləcəyi planlaşdırılmışdı.

report.az